(R) Jeep® Compass yeniləndi
05 noyabr 2013 10:30 (UTC +04:00)

(R) Jeep® Compass yeniləndi

2014-cü il Compass yeni eksteryer dizaynı, interyer yenilikləri və bir sürücünün kompakt krossoverdən gözlədiyi bütün xüsusiyyətləri ilə diqqəti çəkir.Rahatlıq, arxa görüntü kamerası və atletik dizayn bu avtomobilin şəhər sakinləri üçün cazibədar bir krossover olduğundan xəbər verir.Jeep genləri, 2,4 litrlik benzin mühərriki, yeni 6 pilləli sürət qutusu, sinfində ən yüksək klirens və Freedom Drive tam ötürücü sistemi Compass modelinin asfaltdan kənarda da iddialı olduğunu göstərir.

Compass 30-dan artıq təhlükəsizlik sistemi ilə təchiz olunub. Onun əksər rəqibləri təhlükəsizliyi təmin etmək üçün əlavə xərc tələb etdiyi halda ESP - elektron stabillik proqramı, Brake Assist - əyləcə yardım sistemi, ABS və çoxlarının tanıamdığı ERM – aşmaya qarşı elektron sistem bu avtomobilin standard təchizatına daxildir.

Uconnect media mərkəzi, 6.4 düym sensorlu monitoru, iPod interfeysi, Bluetooth bağlantısı, amerikalıların çox sevdiyi premium audiosistemi, çoxsaylı xırda əşyaları saxlamaq üçün rahat “yuva”lar və qatlanan arxa oturacaqlar avtomobilin son texnologiyalardan aktiv istifadə edən müasir insanları hədəfə aldığını göstərir.2014 Jeep® Compass modeli ilə Chrysler Mərkəzində tanış ola bilərsiniz. Qeyd edək ki, Chrysler, Jeep və Dodge markalarının Azərbaycanda rəsmi təmsilçisi Auto Azərbaycan şirkətidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1168
avatar

Oxşar yazılar