Ascend P6 smartfonunu bazara çıxarmaqla Huawei şirkəti Azərbaycanın mobil cihazlar bazarının əhatə olunması istiqamətində genişmiqyaslı fəaliyyətlərə başlayır. Huawei şirkətinin eksklüziv tərəfdaşı kimi dünyanın ən iri mobil telefonlar istehsalçılarından olan Nokia şirkəti ilə uzun illər boyu uğurla əməkdaşlıq etmiş Mobitel şirkəti seçildi. Təcrübəli yerli tərəfdaş seçməklə Huawei şirkəti Azərbaycanda həyata keçirəcəyi fəaliyyətlərin ciddiliyini göstərdi.
Huawei şirkəti 100-dən çox ölkədə filialları olan dünyanın ən iri texnoloji şirkətlərindən biridir. Hər il şirkət yüksək texnologiyalar sahəsində elmi tədqiqatlara 1,2 milyard ABŞ dollarından çox vəsait xərcləyir. Huawei yüksək texnologiyalar sahəsində patentlərin sayına görə dünya liderlərindən biridir. Son illər ərzində şirkət Huawei brendi altında smartfonların satış həcmini uğurla artıra bilmişdir. Cari ilin 4-cü rübündə Huawei öz göstəricilərini ötən ilin analoji dövrü ilə müqayisədə artırmağı planlaşdırır. İDC-nin məlumatlarına görə, 2012-ci ilin oktyabr-dekabr aylarında satılmış smartfonların sayına (10,8 milyon ədəd) görə Huawei şirkəti Apple və Samsung-dan sonra üçüncü yeri tutmuşdur. Huawei şirkətinin üstünlüklərindən biri bütün istehsalat siklinin məhz şirkətin öz müəssisələrində həyata keçirilməsidir. Belə ki, şirkət komponentlərin keyfiyyətinə tam olaraq nəzarət edə bilir.
Təqdim edilən Ascend P6 smartfonunun eni 6,18 mm təşkil edir. Korpus tutqun rəngli metaldan hazırlanmışdır. Azərbaycanda tövsiyə edilmiş qiymət 400-420 AZN təşkil edir. Ascenxd P6 dörd-nüvəli prosesor və 4,7-düymlük ekran ilə təchiz edilmişdir. Smartfondan hətta əlcəkdə istifadə etmək mümkündür. Əsas kamerası 8 meqapiksel olan telefon Full HD formatında video çəkilişi dəstəkləyir. Daxili yaddaşdan başqa microSD yaddaş karlarından da istifadə etmək olar. Ascend P6 müasir Android 4.2.2 (Jelly Bean) əməliyyat sistemi ilə çalışır.
Telefonda quraşdırılmış proqramlar dəstinə digər smartfonlara, noutbuklara və televizora kontentin ötürülməsi üçün nəzərdə tutulan MediaQ proqramı, həmçinin cihazda olan bütün məlumatların ehtiyat nüsxəsini yaratmağa imkan verən Cloud+ “bulud” xidmətinə giriş üçün nəzərdə tutulmuş müvafiq proqram. Smart Reading funksiyası isə istifadəçinin seçdiyi istənilən söz üzrə internetdən (məsələn Wikipedia-dan) axtarış edib məlumat təqdim edir.