(R) Huawei Ascend smartfonları təqdim edildi
21 dekabr 2012 12:55 (UTC +04:00)

(R) Huawei Ascend smartfonları təqdim edildi

 

 

 

İKT həllərinin tətbiqi sahəsində dünyanın lider şirkəti olan Huawei Azərbaycanda ən son istehsalı olan Huawei Ascend seriyalı smartfonlarını təqdim etdi.

 

Huawei Ascend Y200 modeli ilk dəfə smartfon istifadə etməyə başlayanlar üçün nəzərdə tutulub. Android 2.3.6 versiyası ilə təchiz olunan model 3G, 3.5 düymlük ekranla və 3.2 MP kamera ilə təchiz olunub. İPS matrisalı displeyə sahib model bu qiymət seqmentinə olan digər modellərdən daha üstün ekran xassələrinə sahibdir.Cəmi 5 saniyədə qoşulan Huawei Ascend Y200 smartfonunun batareyası sadəcə 90 dəqiqədə tam dolur.

 

Huawei Ascend G300 modeli ekonom smartfon sinfinə aid olsa da öz xassələri ilə diqqətləri üzərinə çəkir. Öz sinfinə olan stereotiplərə son qoyan model 4 düymlük ekrana, 1 QHz prosessora, Android 4.0 və 5 MP kamera ilə təchiz olunub. 800×480 İPS displeyində 233 ppi göstərici ilə G300 modeli mükəmməl görüntü keyfiyyətinə sahibdir.

 

Huawei Ascend P1 modeli öz incəliyi və erqonomik xassələri ilə seçilir. Cəmi 7.69 mm qalınlığına sahib P1 modeli 4.3 düymlük Super Amoled ekran, iki nüvəli 1.5 Ghz prosessor, 8 MP autofokuslu və FullHD keyfiyyətində video yaza bilən kamera, Dolby Mobile 3.0 Plus səs sistemi və Android 4.0 əməliyyat sistemi ilə təchiz olunub.

 

Huawei Ascend Y200 modeli Azərbaycanın aparıcı mobil operatoru olan Azercell ilə birgə kampaniya çərçivəsində Azərbaycan istifadəçilərinə təqdim olunub. Beləki, “Bu qiymətə bu zəka!” kampaniyası çərçivəsində 39 manat ilkin ödənişlə Huawei Ascend Y200 smartfonunu alan Azercell abunəçiləri hər ay cəmi 15 manat ödəməklə hər ay şəbəkədaxili 150 dəqiqə və 150 SMS, üstəlik, 150 MB İnternet trafiki əldə edəcəklər.

Huawei Ascend G300 və P1 modeli Huawei şirkətinin Azərbaycanda rəsmi distribütoru olan Mobitel şirkəti tərəfindən tezliklə satışa veriləcək.

Huawei şirkəti İKT həllərin satışı üzrə dünyanın lider şirkətidir. Huawei  son illər ərzində innovativ tədqiqatlar, müştərinin ehtiyacları əsasında həllər hazırlama və partnyor şəbəkəsinin genişləndirilməsi siyasəti nəticəsində telekommunikasiya şəbəkələrinin, terminalların və bulud hesablamaları texnologiyalarının inkişafında təqdirə layiq uğurlar əldə etmişdir. Dünyanın 140-dan çox ölkəsində dünya əhalisinin 1/3 Huawei məhsulları və həllərindən istifadə edir. Huawei  2002-ci ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində İKT sahəsində bir çox uğurlu layihələrə imza atmışdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1415
avatar

Oxşar yazılar