(R) Hesab.az portalında “Bakcell həftələri” başlayır
04 aprel 2013 13:33 (UTC +04:00)

(R) Hesab.az portalında “Bakcell həftələri” başlayır

2013-cü ilin aprel ayından etibarən Hesab.az portalında «Bakcell həftələri» kampaniyasına start verilir. Azərbaycanın ilk mobil rabitə operatoru Bakcell-in xidmətlərindən istifadə edən abunəçilər artıq ölkənin ən iri onlayn ödəmələr portalında əlavə bonus qazanacaqlar.

 

Nəzərdə tutulan 6 «Bakcell həftələri»ndən birincisi 03-09 aprel tarixində keçirilir. Bu müddət ərzində Hesab.az portalı, qeydiyyatdan keçən istifadəçilərinə Bakcell xidmətləri üzrə aparılan 10 AZN-dək əməliyyatlara görə ikiqat bonus (hər 1 manat 200 bonus xalı), 10 AZN-dən - 20 AZN-dək – üçqat (hər 1 manat 300 bonus xalı), 20 AZN-dən çox əməliyyatlara görə isə dördqat bonus (hər 1 manat 400 bonus xalı) qazandıracaq. Bonus xalları ilə Bakcell abunəçiləri Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər. Bu məqsədlə portaldakı bonus hərraclarına «Bakcell» şirkəti tərəfindən müxtəlif dəyərli Bakcell və «Mançester Yunayted» hədiyyələri çıxarılır. Qeyd edək ki, hərraclarda iştirak etmək üçün Hesab.az portalında qeydiyyatdan keçmək və 20 min bonus xalı toplamaq kifayətdir.

 

«GoldenPay» ödəmə texnologiyaları əsasında çalışan Hesab.az portalı istənilən mobil operatorlar, əksər İnternet-provayderlər, bütün kabel televiziya şəbəkələri və kommunal şirkətlərinin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir. Bu zaman qeydiyyatdan keçən 48 min abunəçi «Şəxsi kabinet» açmaq, ödəniş tarixçələrini aparmaq və hər ödəmə zamanı bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər. Portalın xidmətləri pulsuzdur, və tərəfdaşı olan 45 şirkət üzrə hesabları isə mobil telefonlar vasitəsi ilə də - m.hesab.az resursundan ödəmək olar. Bütün əməliyyatların təhlükəsizliyi beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən «VeriSign SSL» və «GeoTrust SSL»-şifrələnmə əsasında təmin edilir.

 

Hesab.az portalında «Bakcell həftələri» kampaniyasının şərtləri və Mançester Yunayted hədiyyələri haqqında daha ətraflı məlumat üçün www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

 

# 1168
avatar

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14