(R) Fransız qalmayanlar üçün kampaniya…
24 oktyabr 2013 11:48 (UTC +04:00)

(R) Fransız qalmayanlar üçün kampaniya…

Kampaniyaya fransız qalmayın! Çünki yeni ili Parisdə fransızlarla birgə qarşılaya bilərsiniz! Avropanın məşhur avtomobil markalarından olan Peugeot oktyabrın 15-dən noyabrın 21-dək Peugeot-nun azərbaycanlı alıcılarına Yeni il tətilini planlamaq şansı verir. Bu müddətdə Bakıdakı Peugeot salonundan avtomobil alan 2 şəxs Yeni ili Parisdə qarşılamaq şansı qazanacaq. Peugeot  ilə sahibləri arasında bağları daha da möhkəmlətmək istəyən brend öz mənşəyini fəxrlə vurğulayır. Peugeot avtomobilləri fransız stili, fransız dizaynı və texnologiyaları ilə bərabər, həm bir fransız özünə əminliyi

ilə hazırlanır. Fransanın təsəvvür edildiyi qədər də hamar olmayan yollarından 100 ildən artıq müddətdə sınanmış Peugeot müasir Avropanın sevimli brendinə çevrilib. Qənaətcilliyi, ətraf mühitə sayğısı brendin müasir tendensiyaların önündə getdiyini göstərir.

 

Qeyd  etmək yerinə düşər ki, avtomobillərinə Fransa istehsalı zəmanəti tətbiq etməsi Peugeot-nun brend “kimliyi” yolunda atdığı addımlardan sayıla bilər. Fransa istehsalına zəmanət material, detal və yığmasının 50%-dən çoxu Peugeot-nun Avropa zavodlarının payına düşən avtomobillərə verilir. Avropanın bir sıra ölkələrinə, o cümlədən Azərbaycana Fransa zəmanətli avtomobillər gətirilir. İstehsalçı ilə birbaşa əlaqə nəticəsində istər ehtiyat hissələri və detalların, istərsə də servisin keyfiyyəti və qiyməti

 

Avropanın digər ölkələrində olduğu kimidir.

 

Peugeot brendini Azərbaycanda 2012-ci ildən Auto Azərbaycan şirkəti  təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Oxşar yazılar