(R) DəmirBank ənənəvi Beynəlxalq Əmanətlər Günü ilə bağlı aksiyalar keçirib
05 dekabr 2013 10:23 (UTC +04:00)

(R) DəmirBank ənənəvi Beynəlxalq Əmanətlər Günü ilə bağlı aksiyalar keçirib

DəmirBank Azərbaycanda ikinci ildir keçirilən 31 oktyabr – Beynəlxalq Əmanətlər Günü münasibəti ilə sosial aksiyalar həyata keçirib.

 

Tədbirlər çərçivəsində DəmirBank Şamaxı, Quba, Beyləqan və Lənkəran şəhərlərində orta məktəb şagirdləri üçün əmanətlər barədə ətraflı məlumat veriblər, müxtəlif yarışlar, müsabiqələr, filiallarda “Açıq qapı” tədbirləri keçiriblər və maarifləndirici materiallar paylayıblar. Ümumilikdə DəmirBank-ın keçirdiyi tədbirlərdə 500-dən artıq şagird iştirak edib.

 

Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə keçirilib. Aksiyaya DəmirBank-la yanaşı Azərbaycanın daha 8 bankı qatılıb.

 

Məlumat üçün, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunub.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422
avatar

Oxşar yazılar