Azercell-in Barama İnnovasiya Mərkəzinin layihəsi daha bir uğura imza atıb. Belə ki, noyabr ayında keçiriləcək "VentureOut" adlı mobil biznesin inkişafına yönümlü beynəlxalq müsabiqənin finalında Azərbaycan da təmsil olunacaq. Yarışmaya Barama İnnovasiya Mərkəzində inkişaf etdirilən ,gənc proqramçı Dilarə Rüstəmzadənin üzərində çalışdığı "TuningFork" adlı start-upla qatılacaq.
Məlumat üçün bildirək ki, VentureOut beynalxalq müsabiqəsi mobil texnologiyalar sahəsində yaranan biznesin inkişafı və genişlənməsinə dəstək üçün keçirilir. Finalçılar arasında Avropa, Afrika və Mərkəzi Asiyadan olan tibb, təhsil, musiqi, o cümlədən əyləncə mövzusunda mobil tətbiqetmələrini və internet səhifələrini yaradan proqramçılar vardır.
Qeyd edək ki, VentureOut müsabiqəsinə 32 ölkədən 119 startup qoşulub və onlardan yalniz 13 startup Moldovanin paytaxtı Kişinyov şəhərində keçiriləcək finalda iştirak edərək, öz layihələrini təqdim edəcəklər. Qaliblər startuplar layihənin inkişafı üçün qrant və ABŞ və Avropada biznes təlimlərində iştirak etmək imkanı əldə edəcəklər.
Tuning Fork layihənin əsas məqsədi canlı oxuma zamanı yanlış səslərin(tonların) aradan qaldırılmasıdır. Layihə ilkin mərhələ olaraq karaoke istifadəçiləri üçün nəzərdə tutulan səsin yoxlanılmasını həyata keçirir. İstifadəçilər bu veb xidmət vasitəsilə canlı oxuma zamanı hansı anda yanlış oxuduqları haqqında məlumat almaqları ilə yanaşı, onların oxunması qiymətləndiriləcək.
Azercell Telekom gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradır. Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Fəaliyyətə başladığı 2009-cu ildən etibarən 3000-dən artıq gənc Barama İnnovasiya Mərkəzinin müxtəlif layihələrində iştirak etmişdir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz