(R) ARIEL-dən 100 ailəyə paltaryuyan maşın hədiyyə!
03 may 2013 11:00 (UTC +04:00)

(R) ARIEL-dən 100 ailəyə paltaryuyan maşın hədiyyə!

Bu yaz ARIEL 100 ailəyə təkcə mükəmməl təmizlik deyil, həm də paltaryuyan maşınlar hədiyyə edəcək!

 

İndi ARIEL yuyucu tozu alan hər kəs paltaryuyan maşın uda bilər. Keçirilən sorğulara əsasən hal-hazırda Azərbaycanda əhalinin əksər hissəsi paltar yuyarkən barabanı tam doldurduğu halda çirk və ləkələrin təmizlənməsində maksimum effektli nəticə əldə etmək üçün tövsiyə edilən miqdarda toz istifadə etmir.

 

“Qızıl ölçü qabı” aksiyası ev xanımlarına paltarların yuyulmasında mükəmməl nəticə əldə etmək üçün nə qədər yuyucu toz lazım olduğuna diqqəti cəlb etmək məqsədilə nəzərdə tutulmuşdur. İndi ARIEL yuyucu tozlarının 4.5 kq və 6 kq-lıq qablaşdırmalarında paltaryuyan maşının tam dolu halında istifadə olunmalı toz miqdarını göstərən ölçü qablarını tapa bilərsiniz.

 

Bununla yanaşı, 100 alıcı Ariel qablaşdırmalarında adi mavi rəngli deyil, qızılı rəngli ölçü stəkanlarını tapacaq. Bu bəxtəvərlər SAMSUNG paltaryuyan maşınlarını qazanacaq! Artıq 60-dan çox alıcı bu kampaniya çərçivəsində öz hədiyyəsini əldə etmişdir.

 

Kampaniyanın bitməsinə cəmi iki ay vaxt qalıb.  Kampaniya haqqında ətraflı məlumatı Facebook səhifəmizdən əldə edə bilərsiniz: http://www.facebook.com/qadinlarklubu

 

Procter & Gamble haqqında

 

P&G öz brendləri ilə dünyada təqribən 4.4 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Bonux®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü portfellərdən birinə sahibdir. P&G icması dünyanın təqribən 80 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün, Procter & Gamble Azərbaycan Ofisinin Facebook səhifəsinə (http://www.facebook.com/pgazerbaijan) və www.pg.com  saytına baş çəkin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar