Unibank-ın çox-çox sərfəli ALBALI kartı bölgələrdə fəaliyyət coğrafiyasını genişləndirir. Artıq Sumqayıt, Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ və Lənkəranda yerləşən 100-dən artıq ticarət və xidmət mərkəzində Albalı ilə alış-veriş etmək mümkündür. Müştərilər alınan məhsul və xidmətin dəyərini bərabər hissələrlə, 12 ayadək müddətə ödəyə bilərlər.
Hər gün minlərlə vətəndaş, ölkənin 850-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində Albalı kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.
ALBALI kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var. (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp)
Unibank Albalı istifadəçiləri üçün Facebook üzərindən unikal və ekskluziv platforma yaradıb. Hər gün yüzlərlə ALBALI istifadəçisi Qoşul! Fərqlən! Faydalan! eksklüziv platformasına qoşularaq, yığdıqları balları möhtəşəm hədiyyələrə çevirə bilirlər. http://goo.gl/tYSd87 “Albalı” kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından,
Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündür.
Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?
ALBALI – çox-çox sərfəli kart.
Unibank – hər kəsin bankı.