"NİKOIL" İnvestisiya Kommersiya Bankının müştəriləri kredit ödənişlərini Hesab.az portalı vasitəsilə həyata keçirə bilərlər.
Onlayn ödənişlərin ilk növbədə üstünlüyü, müştərilər üçün rahatlıq deməkdir. Belə ki, müştərilərin bank ofislərinə getmələrinə və növbə tutmaqlarına heç bir ehtiyac qalmır. Bu kredit ödənilməsinin ən asan və əlçatan yoludur. Kredit ödəmə proseduru yalnız bir neçə dəqiqə tələb edir.
Onlayn ödənişlər həyata keçirərkən, istifadəçilər Hesab.az portalının da müvafiq bölməyə daxil olub, "NİKOIL" bank bölməsini seçərək kredit ödənişini həyata keçirə bilərlər. Vəsaitlərin köçürülməsi dərhal baş verir.
Hesab.az elektron ödəniş portalı vasitəsi ilə kredit ödəyərkən, istifadəçilər hər dəfə öz kredit məlumatlarını daxil etmələrinə zərurət yaranmır. Kifayətdir ki, onlar bu məlumatları bir dəfə öz "Şəxsi kabinetlərinə" daxil etsinlər.
Hazırda Hesab.az portalında "Turanbank", "Unibank", "AtaBank", "AGBank" və "Flexi Credi" kreditlərini onlayn ödəmə imkanı mövcuddur.
Bundan başqa, Hesab.az portalına Demirbank, Bank of Baku, Bank Respublika, Accessbank, Standard Bank i YapiKrediBank da qoşulacaq ki, bu da öz növbəsində onların müştərilərinə məsafədən kredit ödənişlərini həyata keçirməsinə imkan yaradacaq.
Hesab.az portalı haqqında:
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “hesab.az” onlayn xidmət portalı, mobil operatorlar, İnternet- provayderlər, bütün kabel televiziya operatorlarının və kommunal şirkətlərin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir. Bundan başqa, portalda lizing və bank kreditlərinin ödənişi və onlayn-sığorta xidmətləri göstərilir. Hazırda portalda qeydiyyatdan keçən 91 mindən artıq abunəçiyə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.