(R) "Ateshgah Sığorta" nın yeni İcbari+ məhsulu Hesab.az onlayn ödəmə portalında
05 dekabr 2013 14:25 (UTC +04:00)

(R) "Ateshgah Sığorta" nın yeni İcbari+ məhsulu Hesab.az onlayn ödəmə portalında

"Ateshgah Sığorta" şirkətinin yeni İcbari+ məhsulu Hesab.az onlayn ödəmə portalında mövcud oldu. "Ateshgah Sığorta" şirkətinin İcbari+ məhsulu Hesab.az portalında mövcud olan Nəqliyyat Vasitələri Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası (İcbari) şəhadətnaməsinə olan əlavədir.

Yəni, İcbari roliki olan avtonəqliyyat vasitələrinin sahibləri İcbari+ məhsulu əlavə olaraq əldə edə bilərlər. İcbari+ sığorta rolikinin qiyməti 19 manat təşkil edir.

"Ateshgah Sığorta" şirkətinin yeni məhsulu sığorta təminatının 10 min manatadək artırılmasını nəzərdə tutur (5000 manat İcbari üzrə və 5000 manat  nəqliyyat vasitələrinin könüllü məsuliyyət sığortası üzrə).

Nəqliyyat vasitələri sahibləri yeni İcbari+ məhsulunu əldə edərkən 5000 manat əlavə olaraq nəqliyyat vasitələrinin məsuliyyətinin könüllü sığortası üzrə təminat əldə edəcəklər.

 

Hesab.az portalı vasitəsi ilə İcbari+ sığorta rolikini əldə etməyin əsas üstünlükləri:

 

- Bonus xalların  torlanması

 

İcbari+ sığorta rolikini əldə edən hər bir şəxs 20 000 Hesab.az bonus xalları qazanacaq.

 

- Mobil telefon nömrəsinə danışıq balansı

 

Hesab.az istifadəçiləri İcbari və İcbari+ sığorta rolikini əldə edərkən mobil telefon nömrələrinə əlavə olaraq 5 manat məbləğində danışıq vaxtı əldə edəcəklər.

 

- Vaxta qənaət

 

Hesab.az portalı günün istənilən vaxtı sığorta rolikini əldə etmək imkanı.

 

- Ödənişlərin təhlükəsizliyi

 

Müasir şifrləmə texnologiyalarına malik olan bank kartları vasitəsi ilə roliklərin əldə ediləsi daha təhlükəsizdir.

 

- Ucuz və sadə istifadə

 

Hesab.az sığorta modulunun interfeysi xüsusi səy göstərmədən müstəqil surətdə sığorta dəyərinin hesablanmasına imkan yaradır. Bu zaman heç bir əlavə komissiya hesablanması ararılmır. Polisin Bakı və Sumqayıt daxilində pulsuz çatdırılması həyata keçirilir.

 

Onlayn sığorta xidmətləri Hesab.Az portalında qeydiyyatdan keçmiş istifadəçilərə açıqdır. İcbari və İcbari+ sığorta rolikləri olmayan ödəmə kartların sahibləri, sığorta roliklərini Hesab.az portalından qeydiyyatdan keçdikdən sonra sifariş edə bilərlər.

 

 

 

 

# 1148
avatar

Oxşar yazılar