100 km/saat sürət 7,9 saniyəyə. Bu, yeni 2.5 litrlik Mazda CX-5 avtomobilinin sürət yığma göstəricisidir.
İlk dəfə 2012-ci ildə satışa çıxarılmış 2.0 litrlik Mazda CX-5 innovativ SKYACTİV texnologiyası ilə SUV haqqında təsəvvürləri dəyişdi. Şirkət bazarda yaranmış tələbə cavab vermək üçün istehsal həcmini planlaşdırdığı ilə müqayisədə 3 dəfə artırılmalı oldu. Dünyanın nüfuzlu avtomobil jurnalları və digər təşkilatlar avtomobili müxtəlif kateqoriyalarda mükafatlara layiq gördü. Best Small SUV (Car and Driver), Top Safety Pick (IIHS), 2013 5-Year Cost To Own Award (KBB.COM), Best SUV və Ultra-low-carbon Award (WHATCAR? Car of the Year 2013) və s. bunlardan bəziləridir. Model 2012-ci ildə EURO NCAP təhlükəsizlik sınağından 5 ulduzla çıxıb.
Modelin uğurunu nəzərə alan Mazda bu ildən CX-5-in yeni 192 at gücünə malik 2.5 litrlik mühərrikli daha bir versiyasını təqdim edir. Bu mühərriklə avtomobil sinfində heyrətamiz performans və yanacağa qənaət nümayiş etdirir: 192 at gücü və 100 km/saat-dək sürətlənmə 7.9 saniyəyə. I-stop sistemi isə dayanma zamanı mühərriki söndürür və bununla lazımsız yanacaq sərfinin qarşısını alır.
Mazda mühəndislik məsələlərindən başqa avtomobilin zəngin təchizatına da xüsusi diqqət yetirib: ksenon faralar, Bose audio sistemi, Bluetooth, arxa görüntü kamerası, “keyless go” sistemi avtomobilin gündəlik istifadəsindən zövq almaq imkanı verir.
Mazda Azərbaycan Mərkəzi də Mazda CX-5 inqilabından geri qalmayaraq avtomobilinin 2.5 litrlik mühərrikli komplektasiyasını təqdim edir. Avtomobili daha münasib etmək üçün isə alıcılara sərfəli kredit şərtləri təklif olunur. Daha ətraflı məlumat üçün: www.mazda.az.