"İgid əsgər, möhkəm dayan" ərəb dilinə tərcümə edildi
04 fevral 2015 15:14 (UTC +04:00)

"İgid əsgər, möhkəm dayan" ərəb dilinə tərcümə edildi

Məşhur marş və hərbi-vətənpərvərlik mahnılarının müəllifi, həkim-bəstəkar Şahin Musaoğlunun kitabı ərəb dilinə tərcümə edilib. Müəllifin Lent.az-a verdiyi məlumata görə, 2004-cü ildə Bakı nəşr olunmuş “İgid əsgər, möhkəm dayan!” kitabı Küveytdə növbəti dəfə nəşr olunub.

Kitabı ərəb dilinə Küveytdəki səfirliyimizin əməkdaşı Babək Əhmədov tərcümə edib. Hərbi-vətənpərvərlik və sevgi mövzusunda olan kitab Azərbaycan Diasporasının Vətənsevərlər təşkilatı Cəmiyyətinin təşəbbüsü və maliyyə dəstəli ilə 400 nüsxə çap edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar