"Dilçilik İnstitutunda aparılan yoxlamalarda xüsusi niyyət yox idi" - AÇIQLAMA
22 oktyabr 2015 14:08 (UTC +04:00)

"Dilçilik İnstitutunda aparılan yoxlamalarda xüsusi niyyət yox idi" - AÇIQLAMA

“Nəsimi adına Dilçilik İnstitutunda aparılan yoxlamalar zamanı elə bir ciddi nöqsan aşkarlanmadı”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Teymur Kərimli deyib.

 

O bildirib ki, Nəsimi adına Dilçilik İnstitutunda aparılan monitorinqlərin nəticələri ümumiləşdirilib və lazımı tövsiyələr verilib: “Mən hər zaman demişəm, indi də deyirəm ki, Dilçilik İnstitutunda aparılan yoxlamalar Akademiyanın digər institutlarında da aparılıb. Burada hər hansı bir xüsusi niyyət yox idi. Bu cür yoxlamalar sabah başqa institutlarda da keçiriləcək”.

 

Qeyd edək ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunda monitorinqlərin aparılmasında əsas məqsəd prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan işlərin yoxlanılması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar