<span style="color:red;">Təhsil Nazirliyi <b>: "Qüsurlu qız uşaqları məktəbə göndərilmir"</b>
15 aprel 2016 11:39 (UTC +04:00)

Təhsil Nazirliyi: "Qüsurlu qız uşaqları məktəbə göndərilmir"

 

"Bu ilki statistikaya görə, respublikada ümumilikdə 9144 əlil şagird evdə təhsil alır".

 

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov deyib. O bildirib ki, onların 60%-i əqli cəhətdən, yerdə qalanları isə fiziki cəhətdən qüsurlu şagirdlərdir: "Òtən il bu rəqəm 9 361 nəfər, ondan əvvəlki il isə 10000-dən çox idi. Göstərici getdikcə azalıb. Artıq yalnız saǧlamlıq imkanları məhdud olan və evdə təhsilə ehtiyacı olanlar araşdırılıb evdə təhsilə yönləndirilirlər".

 

Ə. Adıgözəlov əlavə edib ki, bir çox ailələrdə xüsusən qüsurlu qız uşaqları təhsildən yayındırılır: "Bu sahədə ciddi maarifləndirmə işinin aparılmasına ehtiyac var. Bir çox ailələrdə uşaqların xüsusi təhsil sisteminden gizlətmə halları mövcuddur. Bəzi valideynlər qızlarını gələcək ailə həyatına görə, kiminsə övladının problemini bilməməsi üçün  gizlədirlər. Təhsil Nazirliyi olaraq hazırda bu sahədə maarifləndirmə işləri aparılır".

 

Ə. Adıgözəlov bildirib ki, gözdən əlil uşaqlar üçün yalnız Bakı şəhərində bir internat məktəbi fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Fərizə Əhmədova

Oxşar yazılar