
Daha bir biabırçılıq: “Qaloş piri”dən yayılan görüntülər böyük səs-küy doğurdu - VİDEO
Sosial şəbəkələrdə Azərbaycanda çəkilən yeni görüntülər böyük səs-küyə səbəb oldu. Yayılan videoda “Qaloş piri” deyilən yerə şəfa tapmaq niyyəti ilə gələn insanların başına qaloş sürtürlər. Başlarına qaloş sürtülən insanlar arzularına çatacaqlarına inanırlar.
Lent.az xəbər verir ki, bu video ilə bağlı mediada bir çox fikirlər yazılıb. Məsələn, oxu.az-ın məlumatına görə , video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.
Əslində məsələnin nədən ibarət olması isə araşdırılır. Lent.az bu barədə yaxın zamanda oxuculara daha geniş məlumat verəcək.
Həmin görüntüləri təqdim edirik:
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09