(R) Hesab.az istifadəçisi olan Nar abunəçiləri darda qalmayacaq
10 iyun 2015 14:20 (UTC +04:00)

(R) Hesab.az istifadəçisi olan Nar abunəçiləri darda qalmayacaq

Daim istifadəçilərinin rahatlığını düşünən Hesab.Az “Nar Mobile” ilə əməkdaşlığının yeni mərhələsinə başlayıb. Artıq Nar abunçiləri fövqəladə hallarda belə balansını artıra biləcək.

 

Beləki Nar abunəçisi balansı 0 olduqda belə, internet paketsiz və Nar Kredit limiti bitsə də Hesab.az portalına pulsuz daxil olub, balansını artıra biləcək. Bunun üçün sadəcə Hesab.az istifadəçi olmaq kifayətdir.

 

Nar abunəçiləri Hesab.Az-ın yaratdığı fövqəladə balans artırma imkanlarından yararlanaraq sevdikləri ilə hər şəraitdə rahat-rahat danışacaq.

 

Hesab.az haqqında

 

170 mindən çox istifadəçisi olan Hesab.az, GoldenPay şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişi etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270

Oxşar yazılar