
(R) "Kapital Bank"la “Nağıllara səyahət”
"Kapital Bank" 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Nağıllara səyahət” adlı sosial layihə həyata keçirir. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunacaq.
Layihə çərçivəsində 13 may tarixində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Kəlilə və Dimnə” tamaşası, 14 mayda isə Gəncə Dövlət Dram Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olunacaq. Hər iki tamaşa saat 12:00, 14:00 və 16:00-da başlayacaq. Tədbir zamanı həmçinin maraqlı müsabiqələr təşkil olunacaq və məktəblilərə Kapital Bank adından hədiyyələr təqdim ediləcək.
Qeyd edək ki, layihə çərçivəsində növbəti həftənin istirahət günlərində, uşaqlar üçün daha 2 şəhərdə müxtəlif teatr tamaşaları nümayiş olunacaq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU
10 iyul 2025 , 16:29
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
10 iyul 2025 , 15:31
FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçildi - VİDEO
10 iyul 2025 , 14:53
Taksi sürücülərinin NƏZƏRİNƏ: üz tanımada YENİLİK
10 iyul 2025 , 12:35
Sertifikasiyada yüksək bal yığan müəllimlər bu qədər MAAŞ ALIR
10 iyul 2025 , 12:17
Bu gecə Bakıya yağış yağacaq - Sabahın havası
10 iyul 2025 , 12:11
"Qovulan məktəb direktorlarının 20 faizi geri qayıdır" - NAZİR
10 iyul 2025 , 11:53