(R) “Unibank”dan Bayraq Günü hədiyyəsi
07 noyabr 2014 12:30 (UTC +04:00)

(R) “Unibank”dan Bayraq Günü hədiyyəsi

 

“Unibank” Azərbaycan xalqını 9 noyabr Dövlət Bayrağı günü münasibətilə təbrik edir, bayrağımızın hər zaman zirvələrdə dalğalanmasını arzulayır. Bayraq günü ilə əlaqədar “Unibank” hər bir vətəndaşımız üçün xüsusi sürprizlər hazırlayıb. İşindən, peşəsindən asılı olmayaraq hər kəs 8 noyabrda “Unibank” filiallarına yaxınlaşaraq, bu sürprizdən faydalana bilər. Sürprizin nədən ibarət olduğunu isə elə filiallarımıza müraciət edəndə biləcəksiniz.

 

Artıq siz iş yerinizdən arayış gətirmədən də “Unibank” filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

 

İldən-ilə xidmət şəbəkəsini genişləndirən “Unibank”ın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

 

“Unibank” - hər kəsin bankı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822
avatar

Oxşar yazılar