(R) “Qan ver, xilas et!”
07 noyabr 2014 14:00 (UTC +04:00)

(R) “Qan ver, xilas et!”

 

 “Mətanət A” şirkəti “Qan ver, xilas et!” şüarı ilə qanvermə aksiyası keçirdi. Tədbirin məqsədi talassemiya və hemofiliya irsi qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizə təmənnasız şəkildə dəstək göstərməkdir. Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankında həyata keçirildi. Mərkəzi Qan Bankının xüsusi tibb briqadası, həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədənyoxlanıldı, sonra qan verildi. 

Talessemiya və Hemofiliya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prossesi mühüm rol oynayır. “Mətanət A” şirkəti müxtəlif qan xəstəliklərindən, xüsusən talassemiya, hemofiliya xastəliklərindən əziyyət çəkən, müxtəlif əməliyyatlarda qan itirən həmvətənlərimizə qismən də olsa yardım etməyi Korporativ Vətəndaşlıq borcu hesab edir.

Ümumiyyətlə 15 illik yubileyi ərəfəsində olan “Mətanət A” şirkəti hər zaman müxtəlif istiqamətlərdə silsilə Korporativ sosial məsuliyyət layihələri həyata keçirir, köməyə ehtiyacı olan əlil və kimsəsizləri, Qarabağ müharibəsi veteranlarını, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxsləri daima diqqət mərkəzində saxlamaqdan qürur duyur. Şirkət gələcəkdə də bu şərəfli missiyanı davam etdirilmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596
avatar

Oxşar yazılar