<span style="color:red;">(R)  “eManat” nağd ödəniş terminalları şəbəkəsi genişlənir
17 fevral 2014 15:53 (UTC +04:00)

(R) “eManat” nağd ödəniş terminalları şəbəkəsi genişlənir

2014-cü il “Modenis” MMC-də “«eManat» ödəmə sistemi şəbəkəsinin genişlənməsi ili” elan edilmiş və bununla bağlı tədbirlər planı hazırlanmışdır. Şirkətin yaydığı məlumata görə, 2013-cü ilin mart ayında “eManat” brendi adı altında 101 ödəmə terminalı ilə bazara daxil olan “Modenis” MMC hal-hazırda Bakı şəhəri və bölgələri əhatə etməklə əhaliyə 815 ödəmə terminalı ilə xidmət göstərir. Bölgələrdə fəaliyyət göstərən terminalların sayı 100-ə yaxındır. Bu ilin sonuna qədər təxminən 300-ü bölgələri əhatə etməklə terminal sayının 1700-ə çatdırılması gözlənilir.

“eManat” ödəmə terminalı vətəndaşlara kommunal xidmət, mobil rabitə, telefon, internet, kabel televiziyası, bank və digər ödənişləri tez, rahat və etibarlı şəkildə ödəmək imkanını yaradır.

2013-cü ili uğurla başa vuran və daim istifadəçilərin rahatlığını düşünən “Modenis” şirkəti fəaliyyətinin hər anında bu amili əsas tutaraq yenilikçiliyi və etibarlılığı ilə öndə olmağı bacarmışdır. Bunun nəticəsi olaraq “eManat” ödəmə terminalları sürətli çalışmadan əlavə, problemsiz ödəməyə görə də əhali arasında etibar qazanmışdır. Terminalda ödəmə zamanı hər hansı bir problem yaranarsa, bu problemi qısa zaman ərzində aradan qaldırmaq məqsədilə 24/7 fəaliyyət göstərən müştəri mərkəzi istifadəçilərin xidmətindədir.

Qazanılan etibar və əldə olunan uğurlarla kifayətlənməyən “Modenis” şirkəti bu gün də hər ödəmədən sonra istifadəçi məmnunluğu yaratmaq istiqamətində tədbirlər həyata keçirməkdədir. 2014-cü ildə təkcə terminalların sayının artırılması deyil, həm xidmət sahələrinin çoxaldılması, həm də göstərilən xidmət səviyyəsinin maksimum dərəcədə yüksəldilməsinə çalışan şirkət bununla bağlı qarşısına konkret hədəflər qoymuş və bu hədəflərə doğru inamla irəliləməkdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2686

Oxşar yazılar