(R) "DəmirBank" tibb işçilərinin peşə bayramını təbrik etdi
19 iyun 2015 12:30 (UTC +04:00)

(R) "DəmirBank" tibb işçilərinin peşə bayramını təbrik etdi

 

17 iyun 2015-ci il tarixində tibb işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirə DəmirBank da dəstək olub. Tədbir zamanı ölkəmizin müxtəlif klinikalarında çalışan tibb işçiləri, klinika rəhbərləri iştirak edib. Tədbir iştirakçılarına müxtəlif mövzularda faydalı təlimlər keçirilib, həmçinin çoxillik təcrübəyə malik həkimlərə Azərbaycanın fəxri fərmanları və təşəkkürnamələr təqdim edilib. Eyni zamanda tədbirə dəvət olunmuş müğənnilər və ictimai xadimlər öz təbriklərini bildirib və musiqi töhfələrini həkimlərimizə təqdim ediblər.

 

 

Tədbir zamanı DəmirBankın tarixi, geniş çeşidli məhsul və xidmətləri barəsində məlumatlar verilmiş, qeyd olunan məlumatlar həkimlər tərəfindən böyük maraqla qarşılanıb.

 

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

“DəmirBank” eyni zamanda “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

 

Məlumat Mərkəzi :  (012) 149

 

 www.demirbank.az

 

www.facebook.com/demirbank.az

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216

Oxşar yazılar