(R) 8 “Worldcard” müştərisi iPhone 6 qazandı
26 noyabr 2014 12:45 (UTC +04:00)

(R) 8 “Worldcard” müştərisi iPhone 6 qazandı

 

 

“Yapı Kredi Bank Azərbaycan”ın 24 oktyabr-21 noyabr tarixlərində keçirdiyi  “Hər həftə 2 nəfər iPhone 6 qazanacaq”  kampaniyasının son qalibləri müəyyən olundu.

24 noyabr  tarixində keçirilən ikinci lotereya çəkilişində 8-21  noyabr tarixləri  arasında “Worldcard”la 50 manatdan çox alış-veriş edən “Worldcard” sahibləri iştirak etdi və ikinci mərhələnin 4 qalibi müəyyənləşdi. Qaliblərin siyahısını sizinlə paylaşırıq: Əlifağa Rəhimov, Əsmayə Hidayətova, Namiq Axundzadə, Nicat Cəfərov.

Qaliblərimizi təbrik edir və bütün müştərilərimizi bu cür kampaniyalardan yararlanmağa dəvət edirik.

Qeyd edək ki, kampaniya şərtlərinə əsasən 24 oktyabr-21 noyabr  tarixləri arasında 50 manatdan çox alış-veriş edən “Worldcard” sahibləri hər həftə  2 iPhone 6 qazanma şansı əldə edirdi və toplam olaraq kampaniya çərçivəsində 8 nəfər qalib müəyyən olundu. Bu kampaniyanın ilkin lotoreya çəkilişi 11 noyabr tarixində keçirilmiş və ilkin çəkilişdə 4 nəfər qalib seçilmişdir.

 

      Ətraflı məlumat almaq üçün hər zaman yenilənən www.worldcard.com.az    və https://www.facebook.com/YapiKrediWorldAZ     internet səhifələrinə, eyni zamanda 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Telefon Mərkəzinə müraciət edə bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar