"Bu, insanın yaratdığı problemdir, canavarların yox" - <span style="color:red;">Hüseyn Bağırov
18 noyabr 2015 13:15 (UTC +04:00)

"Bu, insanın yaratdığı problemdir, canavarların yox" - Hüseyn Bağırov

“Azərbaycanda tarixən vəhşi heyvanlar olub. Onlardan bəzisinin nəsli kəsilib, bəziləri isə qalıb”.

 

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

 

Nazir bildirib ki, Azərbaycanda canavarların olması yaxşı haldır: “Azərbaycanda heç kim məqsədli şəkildə canavarları insanların üstünə yeritmir. Olmayan ölkələr də onu məqsədli şəkildə gətirib ölkələrində yayırlar. Vaxtilə bizim ölkədə kəndlərdə 10 ev vardı, indi 500 ev var. İnsan torpaqları işğal edir. Öz mal-qarasını aparıb buraxır ki, otlasın. Bir tərəfdən canavarların təbii arealı daralır, təbii yem bazası azalır. Bu insanın yaratdığı problemdir. Başqa tərəfdən də qanun canavar hücum etdikdə ondan qorunmağı qadağan etmir. Heç kim deməsin ki, bizi canavarların qarşısını almağa qoymurlar. Əgər biz istəyiriksə Azərbaycanın dağları, meşələri qalsın, həyatımızı buna uyğun şəkildə qurmalıyıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar