Tağı Əhmədov vəzifəsindən azad edildi- <span style="color:red;">YENİLƏNİB
27 fevral 2014 14:18 (UTC +04:00)

Tağı Əhmədov vəzifəsindən azad edildi- YENİLƏNİB

Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Prezidentin digər sərəncamı ilə Zaur Mirtofiq oğlu Hüseynov Cəmiyyətin sədri təyin edilib. 

Cəmiyyət Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib.

 

Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. Sərəncamla müəyyən edilib ki, Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi prezident tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

 

- Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

- Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

- Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

- Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

 

- Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi/

 

Müəyyən edilib ki, Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

Nazirlər Kabinetinə tapşırılıb ki, Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etsin.

 

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə isə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər həyata keçirmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17254

Oxşar yazılar

Dəhşətli istilər  bu tarixədək   davam edəcək

Dəhşətli istilər bu tarixədək davam edəcək

18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi

Baş prokuror Zaqatalaya getdi

18 iyul 2025 , 15:34
Jurnalistika ixtisasına qəbul olmaq istəyən  abituriyentlərə MÜRACİƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT

18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...

Heç kim onlara təşəkkür etmir...

18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

18 iyul 2025 , 14:16
Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

18 iyul 2025 , 13:02