
Sumqayıtda qəzalı orta məktəb binası sökülür - FOTO
Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olan 9 nömrəli orta ümumtəhsil məktəbinin binası sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilir.
ONA-nın yerli bürosunun məlumatına görə, məktəbin kollektivi isə müvəqqəti olaraq keçmiş "İstək" liseyinin binasına köçürülüb və tədris prosesi orada davam etdirilir.
Yeni məktəb binası 1176 şagird yerlik və 4 mərtəbəli olacaq. Tikinti işlərinin sentyabr ayına kimi başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Oxşar yazılar

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03