<b>Azərbaycanda təmirsiz və qəzalı məktəb qalmayacaq -</b> <span style="color:red;">Prezident
15 sentyabr 2016 14:04 (UTC +04:00)

Azərbaycanda təmirsiz və qəzalı məktəb qalmayacaq - Prezident

0

Azərbaycanda təmirsiz və qəzalı məktəb qalmayacaq

 

"Son 4-5 il ərzində Bakı şəhərində məktəblərin mütləq əksəriyyəti əsaslı təmir olundu. Hələ ki, təmirsiz 17 məktəb var. Biz gələn il və 2018-ci ildə onları da təmir edəcəyik". Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bunu prezident İlham Əliyev Bakıda 311 saylı məktəbin açılışı zamanı bildirib.

 

Prezident deyib ki, hazırda bəzi məktəblərdə uşaqlar ikinövbəli oxuyurlar: "Bizim məqsədimiz ondan ibarətdir ki, bütün məktəblər birnövbəli fəaliyyətə keçsinlər. Əlbəttə, buna nail olmaq üçün ya yeni korpuslar, ya da yeni məktəblər tikilməlidir. Bakı şəhərinin məktəblərinin maddi-texniki bazası tam yeniləşəcək. O ki qaldı bütövlükdə ölkə üzrə gedən proseslərə, deyə bilərəm ki, son on il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, gələn yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq. Bütün bu işlər əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir və sosial sahə, təhsil sahəsi bizim üçün prioritetdir. Ona görə, biz bu məqsədlərə nail olmaq üçün lazımi maliyyə resursları da təmin edirik".

 

***

 

10:44

 

Prezident İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Azərbaycan Prezidentinə məlumat verib. Qeyd edilib ki, 960 şagird yerlik üçmərtəbəli məktəbdə tədris iki növbədə aparılacaq.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 519

Oxşar yazılar