"Bu il növbədə dayanan 1500-ə yaxın əlil avtomobillə təmin ediləcək".
Bunu APA TV-yə ƏƏSMN əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini Saday Abdullayev deyib. Yaya qədər növbədə dayanan əlillərə avtomobil veriləcəyini deyən müdir müavini son zamanlar avtomobillə bağlı müraciətlərin artdığını bildirib: "Avtomobilə təyinat tibbi göstəriş əsasında olur. Nazirlər Kabinetinin müvafiq əsasnaməsinə əsasən, bütün katiqoriyadan olan əlilər üçün avtomobillərə tibbi göstəriş yoxdur".
Saday Abdullayev bildirib ki, 1000-ə yaxın əlil arabasının yenilənməsi nəzərdə tutulur. Buna səbəb isə son zamanlar alınan arabaların tələblərə cavab verməməsidir: "Ölkədə təxminən 4500-ə yaxın əlil arabasından istifadə edən əlillərimiz var".
Yeni alınan bütün reabiltasiya vasitələri Almaniya istehsalı olacaq.