“Azər Sarıyev Mərkəzi Seçki Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilməyib”. Bunu Lent.az-a açıqlamasında komissiyanın sədr müavini Natiq Məmmədov bildirib. O qeyd edib ki, A. Sarıyev hazırda məzuniyyətdədir: “Mətbuatın nə yazdığını deyə bilmərəm, amma o hələ də bizim işçimizdir”-deyə, MSK-nın sədr müavini bildirib.
Qeyd edək ki, A. Sarıyev mətbuata açıqlamasında AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri təyin edildiyini təsdiqləyib.