[b]Metroda qatarların hərəkətində problem yaranıb[/b]
02 iyul 2018 10:24 (UTC +04:00)

[b]Metroda qatarların hərəkətində problem yaranıb[/b]

Bu gün saat 09:00-da Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb.

 

"APA-Economics"in məlumatına görə, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, "Dərnəgül" stansiyasında "Həzi Aslanov-Dərnəgül" xəttinin avtomatik idarəetmə sistemində problem yaranıb.

 

"Məhz bu səbəbdən qatarların idarə olunması əl ilə idarəetmə hesabına həyata keçirilib. Qatarların bir qismi hərəkət qrafikinin pozulmaması üçün "Azadlıq Prospekti" stansiyasından geri qaytarılıb, bir qismi "Dərnəgül" stansiyasına göndərilib. Qrafik pozulması yalnız "Azadlıq prospekti" ilə "Dərnəgül" stansiyası arasında olub. Saat 09:21-də həmin problem tam aradan qaldırılıb", - deyə B.Məmmədov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

APA Baycan

Oxşar yazılar