<b>Jurnalistlər üçün yeni müsabiqə - <span style="color:red;">Qaliblər London, Moskva, İstanbula göndəriləcək </b>
21 iyul 2016 14:17 (UTC +04:00)

Jurnalistlər üçün yeni müsabiqə - Qaliblər London, Moskva, İstanbula göndəriləcək

Dağlıq Qarabağın Azərbaycanlı İcması Parlament Jurnalistləri Birliyi ilə bərabər media nümayəndələri üçün müsabiqə elan edib.

 

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı APA-ya bildirib ki, ideya Milli Məclisin deputatı, icmanın İdarə Heyətinin üzvü Rövşən Rzayevə məxsusdur. Müsabiqəyə ingilis, rus və türk dillərini yaxşı bilən jurnalistlər qoşula bilər. Qaliblər iki mərhələ keçdikdən sonra müəyyənləşəcək.

 

İlkin mərhələdə müsabiqəyə qatılan jurnalistin xaricdə dərc olunan yazısı təqdim edilməlidir. Bu olmadıqda, həmin jurnalist xarici media üçün hazırladığı, ancaq dərc etdirə bilmədiyi yazını təqdim etməlidir. İkinci mərhələdə iştirakçılar münsiflər tərəfindən şifahi sorğudan keçiriləcəklər. Dil biliyi ilə yanaşı, jurnalistlərin hadisələrə baxışı, milli maraqlardan necə çıxış etmələri də çox önəmlidir. Sonda 3 qalib müəyyənləşdiriləcək. Qaliblərdən biri London, biri Moskva, digəri isə İstanbula göndəriləcək. Bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək. Müsabiqə qalibləri xaricdə həm universitetlərdə seminarlara qatılacaqlar, həm də məşhur media qurumlarında təcrübə keçəcəklər.

 

Müsabiqəyə avqustun 1-dən start veriləcək. Qatılmaq istəyənlər info@modern.az ünvanına müraciət edə və (0099412) 4659574, (00994) 0513408183 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

APA Baycan

Oxşar yazılar