[b]İşçilərə pulsuz yemək veriləcək[/b]
19 dekabr 2017 00:26 (UTC +04:00)

[b]İşçilərə pulsuz yemək veriləcək[/b]

Azərbaycanda zərərli, ağır və yeraltı əmək şəraitində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar veriləcək.

 

 APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nı və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nı təsdiq edib.

 

 Səhiyyə Nazirliyinə bir ay müddətində “Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi”ni təsdiq etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar