![[b]İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlaxdakı qəza ilə bağlı MƏLUMAT YAYDI[/b]](https://lent.az/storage/news/2019/may/23/big/f35942395ffe04d3748edc43ba131054.jpg)
[b]İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlaxdakı qəza ilə bağlı MƏLUMAT YAYDI[/b]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlaxda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
Agentlikdən ONA-ya verilən məlumata görə, mayın 23-ü səhər radələrində Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb. Onlardan 2-si hadisə yerində keçinib, müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır.
Oxşar yazılar

5 iyul 2025-ci il Qiyamət günü: "Yeni Vanqa"nın proqnozu bütün dünyada çaxnaşma yaradıb
5 iyul 2025 , 00:02
Bu gün Aşuradır
5 iyul 2025 , 00:01
"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26