[b]Gələn il Bakıdan Gəncəyə sürət qatarı işləyəcək[/b]
07 sentyabr 2016 14:22 (UTC +04:00)

[b]Gələn il Bakıdan Gəncəyə sürət qatarı işləyəcək[/b]

0

 

"Azərbaycanın regionlarında da sürət qatarının hərəkət etməsi mümkündür".

 

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

 

"Düzdür, sürət qatarı dedikdə 400-500 km/saat sürəti olan qatarı nəzərdə tutmuruq, amma 100, 120, 140, 150 km/saat sürətlə hərəkət edən qatar əldə edə bilərik. 1-2 ay yubanma ola bilər, amma çalışacağıq ki, gələn ilin sonunadək Bakı-Gəncə marşrutu üzrə sürət qatarı hərəkət etsin", - deyə C. Qurbanov qeyd edib.

 

C. Qurbanov əlavə edib ki, qatarda gediş haqqı 15 manat civarında ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar