Azərbaycan - Gürcüstan əlaqələri tarixi dostluğa və qonşuluğa, qarşılıqlı-faydalı əməkdaşlığa dayanır. Bu ilk növbədə hər iki dövlətin eyni geosiyasi əhəmiyyətli regionda yerləşməsi, mövcud olan əlaqələrin tarixiliyindən irəli gəlir. Azərbaycanın regional liderliyi, regionda reallaşan layihələrə Azərbaycan vasitəçiliyi ilə daxil olunma, sosial-iqtisadi rifahın artımına xidmət edən Azərbaycan reallığı Gürcüstan üçün təkzibedilməz faktordur. Məhz Azərbaycan regionda Gürcüstanın ən yaxın tərəfdaşı, etibarlı əməkdaşıdır. Gürcüstanda on minlərlə həmyerlimizin yaşaması, onların rahat yaşamının təmin olunması baxımından isə əməkdaşlıq Azərbaycan üçün zəruridir. Azərbaycan və Gürcüstanın 1991-ci il dövlət müstəqilliyini bəyan etməsi ilə dövlətlərarası əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi, regional tərəfdaşlığın möhkəmlənməsi üçün ilkin addımlar atıldı. Ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə getdikcə daha da zənginləşmişdir. Azərbaycan və Gürcüstan ərazi bütövlüyü məsələsində daim dəstək nümayiş etdirir. Təəssüf ki, hər iki ölkənin də ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.
Bugün Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin 12 fevral tarixində baş tutan Azərbaycan səfəri, Prezidentlərin birgə bəyanatı Azərbaycan-Gürcüstan əlaqələrinin müasir dövrdə yeni inkişaf dinamikasına qədəm qoyduğunu sübut etdi. Səfər Azərbaycanın Gürcüstan üçün aktuallığını, regionda sabitliyin və təhlükəsizliyin təminində Azərbaycan amilinin vacibliyini təsdiqlədi.
Gürcüstan XXI əsrin layihəsi kimi dəyərləndirilən, Avropanın ən böyük infrastruktur və enerji layihəsi olan “Şahdəniz 2” həyata keçirmək üçün siyasi iradəsini nümayiş etdirərək, bu mütəffiqliyin daha da möhkəmlənməsi naminə xidmətini əsirgəməyəcəyini bəyan etdi. Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. Baş tutan rəsmi səfərlər zamanı nəinki siyasi və iqtisadi sahələrdəki əməkdaşlıq əlaqələri müzakirə edilir, həmçinin, regional təhlükəsizliklə bağlı başlıca tərəfdaşlıq əlaqələri və müvafiq məsələlər gündəm mövzusu kimi çıxış edir.
Gürcüstan Prezidentinin səfəri dövlətlərlərarası strateji rifaha aparan münasibətlərin regionun gələcəyi üçün nümunəvi olduğunu, regional sabitliyin və əməkdaşlığın genişlənməsi zəruriliyini bir daha təsdiqlədi. Səfər ölkələrarası strateji tərəfdaşlığı, yüksək səviyyəli dövlətlərarası münasibətlərin əsl regional əməkdaşlıq nümunəsi kimi xarakterizə olunmasına imkan yaratdı.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı