![[b]DİM 200 bakalavra güzəşt etdi[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]DİM 200 bakalavra güzəşt etdi[/b]
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, iclasda magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri və müsabiqə şərtləri, ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının I mərhələsi, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA-nın) 2019-cu ildə keçiriləcək illik konfransının Azərbaycanda təşkil olunması, son iki ay ərzində dövlət qulluğu sahəsində görülmüş işlər, “Dövlət qulluğu haqqında Qanun"da dəyişikliklər edilməsinə dair DİM-in təklifləri, Mərkəzin maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi və s. məsələlər müzakirə edilib.
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim edib.
İclasda müsabiqə şərtləri də müzakirə olunub və bakalavrların çoxsaylı müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi nəzərə alınaraq ümumi müsabiqə şərtini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, 40-65 bal intervalında 359 (30-65 bal intervalında isə 717 bakalavr) bakalavr birinci mərhələ üzrə müsabiqə şərtini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı ödəməyib. Onlardan 200 nəfərə yaxın bakalavr Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş ediblər. Lakin bu bakalavrlar imtahanın II mərhələsinə buraxılsa da, ixtisas seçimi zamanı onlara yalnız ödənişli ixtisasları seçmək imkanı veriləcək.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09