[b]Dənizə girmək niyə qadağandır? - [/b]REPLİKA
24 iyul 2018 13:18 (UTC +04:00)

[b]Dənizə girmək niyə qadağandır? - [/b]REPLİKA

Bir neçə gün əvvəl sosial şəbəkələrdə bir elanın fotosu yayılmışdı: "Dənizdə çimmək qəti qadağandır!" Bir çox insanlar da fərqinə varmadan girib altında lağlağı şərhlər yazmışdılar.

 

Bu gün dostlar buna bənzər bir elanın videosunu göndərdilər. Videodan görünür ki, dəniz sahilində Fövqəladə Hallar Nazirliyinin "Çimmək qəti qadağandır!" xəbərdarlığı olan elan yerləşdirilib. Videodan görünür ki, həmin gün hava çox küləkli, dəniz isə dalğalıdır. Böyük ehtimalla xəbərdarlıq məhz hava şəraitinə görə həmin gün yerləşdirilib. Buna baxmayaraq, insanlar dənizə girib yayın ləzzətini çıxarmağa çalışırlar. Onların arasında dənizə ailəvi girənlər də var.

 

Ola bilsin ki, bu elanlarda məntiqi səhv tapmaq olar. Məsələn, "dənizdə çimmək" və ya "çimmək" yerinə "dənizə girmək" yazmaq daha məqsədəuyğun olardı. Amma istənilən halda anlaşılmaz heç nə yoxdur - əlaqədar qurumlar dənizin baş vurulması məsləhət olmayan yerlərində öz elanlarını yerləşdiriblər. Bunun müxtəlif səbəbləri ola bilər: ərazi ya qadağan olunmuş su hövzəsi, ya qeyri-çimərlik ərazisidir, ya da ekoloji baxımdan burada çimmək məqsədəuyğun deyil. Səbəbindən asılı olmayaraq, bu xəbərdarlıqların yalnız və yalnız bircə məqsədi var - insanların təhlükəsizliyini təmin etmək. Çünki söhbət insan taleyindən gedir.

 

Statistika da göstərir ki, çimərlik mövsümündə baş verən hadisələr əksər vaxtlarda ya qadağan olunmuş su hövzəsi, ya qeyri-çimərlik ərazisində baş verir, ya da küləkli havalarda. Halbuki müvafiq qurumlar çimərliyə üz tutanlara ən azı bir gün əvvəldən hava şəraiti ilə əlaqədar müvafiq xəbərdarlığını edir. Ən doğru olan da bu xəbərdarlıqlara vaxtında qulaq asmaqdır, nəinki faciə baş verdikdən sonra əlaqədar qurumları məsuliyyətsizlikdə ittiham etmək...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434
avatar

APA TV

Oxşar yazılar