<b>Ceyhun Bayramov:</b> “Təhsil sistemində zəifi güclüdən ayırmaq lazımdır”
19 fevral 2014 16:59 (UTC +04:00)

Ceyhun Bayramov: “Təhsil sistemində zəifi güclüdən ayırmaq lazımdır”

“Təhsil Nazirliyi təhsilin keyfiyyətinin yüksəldilməsinə böyük önəm verir və diqqət göstərir. Bu, son zamanlar ölkə səviyyəsində qəbul olunan sənədlərdə əksini tapır”. Lent.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib.


O qeyd edib ki, Təhsil Nazirliyi istənilən qərarı qəbul etdikdə ilk növbədə təhsilin keyfiyyəti, göstəriciləri nəzərə alınır. Bu proses belə də davam edəcək və bundan sonra daha qabarıq şəkildə özünü büruzə verəcək. “İnhisarlaşmış əmək haqqı sistemi tətbiq olunarkən burada akademik göstəricilər nəzərə alınacaq. Ölkənin təhsil sistemində yaxşını pisdən, zəifi güclüdən ayırmaq lazımdır. Akademik göstəricilərin nəzərə alınması da buna xidmət edəcək”.


Nazir müavininin sözlərinə görə, təhsilin keyfiyyətinin qiymətləndirilməsi çox önəmli məqamdır. “Hazırda Təhsil Nazirliyinin mərkəzi aparatında kadr sayının qıtlığı var. Aparat işçilərinin ümumi sayı 147 nəfərdir. Buna baxmayaraq, struktur dəyişikləri olunarkən təhsilin statistikası və təhsildə keyfiyyətin qiymətləndirilməsi şöbəsi genişləndirilib. Hazırda Təhsil Nazirliyi daha geniş imkanlara malik, uzun müddət mövcud olan, lakin tam gücü ilə işləməyən Milli təhsil sisteminin işlədilməsi istiqamətində addımlar atır”.

Nazir müavini onu da vurğulayıb ki, hər bir təhsil işçisi, məktəb direktorları və rayon, şəhər təhsil şöbəsinin işçiləri TQDK-nın hazırladığı statistik göstəriciləri təhlil etməlidir.

# 1058

Oxşar yazılar