[b]Bakının əhalisi 2035-ci ildə 4 milyon nəfərə çatacaq[/b]
22 dekabr 2016 11:25 (UTC +04:00)

[b]Bakının əhalisi 2035-ci ildə 4 milyon nəfərə çatacaq[/b]

0

"Bakı şəhərinin bütün inzibati ərazisini, yəni onun 11 rayonunu və ətraf 55 qəsəbəsini əhatə edən baş planı ilk dəfə hazırlanır".

 

"APA-Economics" xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.

 

Onun sözlərinə görə, plana əsasən Bakının əhalisinin sayının 2035-ci ilə qədər 4 mln. nəfərə çatacağı gözlənilir.


"Planda həmin əhalinin Ələtdən tutmuş Pirallahıya qədər yerləşməsi, məşğulluğu, gələcək inkişafla bağlı bütün perspektivlərinin təmin olunmasını əhatə etməyə çalışmışıq", - deyə direktor əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 247

Oxşar yazılar