Bakının bu yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Təmir-tikinti işləri ilə əlaqədar olaraq martın 16-dan 17-nə keçən gecədən etibarən 18-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən ONA-ya verilən məlumata görə, nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Dövlət Agentliyi vətəndaşlardan aparılan işlərə anlayışla yanaşmağı xahiş edir.
819