<b>Bakı-Sumqayıt qatarında gecikmə</b>
08 dekabr 2016 08:54 (UTC +04:00)

Bakı-Sumqayıt qatarında gecikmə

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə baş verir. "APA-Economics" xəbər verir ki, gecikmə qatar Biləcəri stansiyasında olarkən müşahidə olunub. Belə ki, Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar Biləcəri stansiyasına qrafik üzrə, yəni 08:11-də çatıb. Lakin 08:12-də stansiyadan yol düşməli olan qatar 08:28-də hərəkətə başlayıb. Maşinist gecikməni texniki səbəblərlə izah edib.

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov APA-ya bildirib ki, elektrik enerjisinin verilişində problem olduğundan qatar gecikib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

APA Baycan

Oxşar yazılar