
Qanunsuz pendir sexi aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinə Masallı rayonu, Qəriblər kəndində anti-sanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib. Bu barədə Lent.az-a AQTA-dan bildirilib.
Məlumata görə, monitorinq zamanı Masallı rayonu, Qəriblər kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatının yaxınlığında qanunsuz pendir istehsalı ilə bağlı məlumatlar öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 500 kq pendir, yarımfabrikat məhsullar, həmçinin sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə istifadə edilən bitki yağları aşkar edilib.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyəti isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvəqqəti olaraq məhdudlaşdırılıb.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək.
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər.
Agentlik vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağırı Mərkəzi”nə zəng edib məlumat verməyi xahiş edir.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20