<b>Akif Əlizadə:</b> “Sumqayıt hadisələri bir mərkəzdən idarə olunurdu”
28 fevral 2014 11:43 (UTC +04:00)

Akif Əlizadə: “Sumqayıt hadisələri bir mərkəzdən idarə olunurdu”

“Sovetlər İttifaqı 80-ci illərin axırlarında siyasi, iqtisadi, elmi baxımdan çox zəifləmiş bir dövlətə çevrilmişdi və milli hərəkatlar başlamışdı”. Lent.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə 1988-ci ilin fevralında Sumqayıtda törədilmiş kütləvi iğtişaşlara həsr edilmiş “Sumqayıt, 1988. Cinayət və cəza” kitabının təqdimatında bildirib.

O qeyd edib ki, milli azadlıq hərəkatları müxtəlif respublikalarda - Azərbaycanda, Baltikyanı və digər ölkələrdə aparılıb: “Sovet imperiyası bunların qarşısını almaq üçün müxtəlif tədbirlər görürdü, çox çirkin, insana xas olmayan metodlara əl atılırdı, etnik qruplar bir-birinə qarşı qaldırılırdı. Belə bir zamanda Azərbaycanın Sumqayıt ərazisində bu hadisə törədildi”. A. Əlizadə onu da qeyd edib ki, bu hadisələrə düşünülmüş bir mərkəzdən istiqamət verilir və rəhbərlik olunurdu. Onun sözlərinə görə, hər halda 1988-ci il 28 fevralda belə bir cinayətin baş verməsinə bu gün həmin prizmadan baxılmalıdır: “1988-ci ildən bu günə qədər 26 il keçib və bu illər ərzində erməni siyasətçiləri, separatçıları hər dəfə bu hadisələrin öz mənafeləri naminə təbliğ olunmasına çalışıblar. Bununla da Azərbaycanın mövqeyini zəiflətmək, azərbaycanlıları vəhşi insanlar kimi qələmə vermək istəyiblər. Lakin bu gün Azərbaycanın dünya ictimaiyyətində öz dəst-xətti var.  Bunun nəticəsində də ermənilərin bu siyasəti ayaq tutub yerimir. Bu gün qloballaşan dünyada multi-kulturalizm, tolerantlıq siyasəti azərbaycanlıların necə xalq olduğunu dünyaya sübut edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597
avatar

Oxşar yazılar