<b>"Azərbaycan yeni dağıdıcı silahlar alıb" -</b><span style="color:red;"> Müdafiə naziri
20 iyun 2018 11:25 (UTC +04:00)

"Azərbaycan yeni dağıdıcı silahlar alıb" - Müdafiə naziri

"Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb".

 

APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

 

Nazir qeyd edib ki, bütün döyüş maşınları yenilənib: "Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək".

 

 

Z. Həsənov qeyd edib ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: "Bu gün biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar