[b]“Xaricdən gələn bəzi həkimlər icazəsiz fəaliyyət göstərirlər”[/b]
19 sentyabr 2016 13:18 (UTC +04:00)

[b]“Xaricdən gələn bəzi həkimlər icazəsiz fəaliyyət göstərirlər”[/b]

0

“Xarici həkimlərin Azərbaycana gəlib işləməsi Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən tənzimlənir”.

 

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, müvafiq komissiya 1-2 aydan bir öz iclaslarını keçirir.

 

Nazir müavini qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyitərəfindən təsdiq etdirirlər, sonra isə sənədlərini nazirliyə təqdim edirlər: “Əfsuslar olsun ki, bəzi hallarda bundan yayınanlar da olur. Biz onları dəvət edirik ki, belə hallardan yayınmasınlar. Səhiyyə Nazirliyinin komissiyasından keçdikdən sonra həkimlərin fəaliyyətinə icazə verilir”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar