<b>29 dərəcə isti, yağış </b>
17 sentyabr 2016 12:08 (UTC +04:00)

29 dərəcə isti, yağış

0

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu gecə  16-20°, gündüz 23-27°, Bakıda gecə  18-20°, gündüz  24-26° isti olacaq.

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19°, gündüz  24-29°, dağlarda gecə 5-10°, gündüz  13-18° isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar