14 kateqoriya üzrə sosial müavinətlər artdı
Bu gündən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nzirliyindən bildirilib.
Məlumatda qeyd olunur ki, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, bu gündən, yəni aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır. Eyni zamanda, ayrı-ayrı kateqoriyalar üzrə yeni Prezident təqaüdləri də təsis edilir.
Lent.az həmin kateqoriyalar üzrə müavinət və təqaüdlərin bu aydan etibarən müəyyən olunan məbləği barədə cədvəli təqdim edir.
802