Nəqliyyat Nazirliyi “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə verdiyi məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması qeyd olunan avtomobil yolunun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədardır.
P. Mürsəliyev əlavə edib ki, sabah saat 9:00-da Lökbatan dairəsindən Ələt qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Eyni səbəbdən sabah saat 22:00-da Bibiheybət qəsəbəsindən Lökbatan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.