"Azəriqaz" Açıq Səhmdar Cəmiyyəti evlərdə təcili reydlərə başlayıb. Qurumun ictimayətlə əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımovun APA TV-yə verdiyi məlumata görə, son günlər dəm qazından zəhərlənmə hallarının artması ilə bağlı qurum paytaxtın bütün inzibati rayonlarında növbədənkənar yoxlama aparır.
Tahir Kazmov bildirib ki, qeyri-iş günlərində, yəni əhalinin evlərində olduqları müddətdə aparılan yoxlamalarda bütün mənzillərə baxış keçirilib. Bildirilib ki, dəm qazından zəhərlənmənin əsasən hamam otaqlarında baş verdiyini nəzərə alaraq, mütəxəsislər tərəfindən birinci olaraq vanna otaqlarında hava dəyişmə sistemlərinin mövcudluğu, qapılarının aşağı hissəsində havanın daxil olması üçün xüsusi deşiklərin olması yoxlanılır. Aşkar olunmuş nöqsanların aradan qaldırılması mümkün olmadıqda, vətəndaşlara xəbərdarlıq edilir, problem mütəxəssislər tərəfindən yerindəcə aradan qaldırlır. Nöqsanlar daha ciddi olduqda isə hər hansı bir təhlükə baş verməməsi üçün cihaza qaz verilişi dayandırılır.