"ASAN"dan daha bir yenilik
17 fevral 2015 11:12 (UTC +04:00)

"ASAN"dan daha bir yenilik

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində “ASAN ödəniş” sistemi çərçivəsində terminallar vətəndaşların istifadəsinə verilib. 

Lent.az-ın məlumatına görə, “ASAN ödəniş” sistemi vasitəsi ilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsi ilə həyata keçirə bilərlər. 

İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür. “ASAN ödəniş” terminalları vətəndaşlara ödənişin qəbulu və qalıq pulun qaytarılması zamanı kağız və qəpik pullardan istifadəyə imkan verir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar